İranda məktəb divarı aşıb, xəsarət alanlar var.
İranın Gülüstan əyalətində Əliabad-e Kətul şəhərində məktəbin divarının uçması nəticəsində 7 şagird və 3 müəllim xəsarət alıb.
Hadisənin bu gün səhər məktəbin yaxınlığında aparılan tikinti işləri səbəbindən baş verdiyi bildirilir.
Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.