"Taliban"ın nəzarəti ələ keçirdiyi Əfqanıstan iqtisadi böhran səbəbindən çətin günlər yaşayır.
İşçilərə gündəlik maaş olaraq pul əvəzinə buğda verildiyi ölkədə ailələrin dolanışığını təmin etmək üçün uşaqlarını pul qarşılığında evləndirməyə başladığı öyrənilib.
Belə ki, 9 yaşlı Pərvanə Malik adlı qız  ailəsi tərəfindən pul müqabilində 55 yaşlı kişi ilə evlənməyə məcbur edilib. 2200 dollar  qarşılığında evləndirilən Pərvanə  yerli mediayaya açıqlama verib.  O, evlənəcəyi  kişi haqqında, “Qorxuram ki, bu qoca məni öz evində işləməyə məcbur edəcək", - deyə ifadə  işlədib. 
Azyaşlının  evləndirilməsi mətbuatda  gündəm yaradıb.