Ermənistan silahlı qüvvələrinin Qafan raoyonu ərazisində yerləşən hərbi hissələrindən birinin zabiti həlak olub.
Erməni mətbuatı xəbər verir ki, hadisə noyabr 10-u səhər saat 07.00 radələrində baş verib.
Belə ki, Hava Hücumundan Müdafiə xidməti rəisi, 1971-ci il təvəllüdlü kapitan David Hakopyan Qafan-Gorus yolunda baş verən avtoqəza nəticəsində hadisə yerində ölüb.
Fakt ictimailəşdirilməsə də, hərbi polis araşdırma aparır.