Ermənistanda son sutkada koronavirusa 572 yeni yoluxma qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 329.913 nəfər koronavirusa yoluxub.
Hazırda 24082 nəfər müalicə olunur, 297.339 nəfər sağalıb, 7107 nəfər (son gündə 52 nəfər) ölüb. 
Koronavirusa yoluxmuş daha 6 nəfər digər xəstəliklər ucbatından ölüb. Belə halların ümumi sayı 1385-dir.
Beləliklə, ölənlərin ümumi sayı 8492-yə çatıb.