Tanınmış azərbaycanlı model Pərvin Həsənzadə ailə həyatı qurub.

Sənətçi dünən Cihad Önər adlı memarla evlənib.

Onların nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub. Az sayda qonağın dəvət olunduğu gecədə cütlüyün yaxın dostları və qohumları iştirak edib.

Qeyd edək ki, P.Həsənzadə bir sıra beynəlxalq dəb və modellik yarışlarında iştirakçı olub, müxtəlif dərəcələrdə qalibiyyət qazanıb.