Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tapıldı
27-11-2021, 13:52
57

Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tapıldı

Rusiyanın Krasnoyarsk diyarında 58 yaşlı kişi ayının hücumundan sağ çıxıb, səkkiz kilometr tayqada sürünüb və yazdığı məktub sayəsində üç həftədən sonra xilas edilib.

Sergey meşədə tələ qurarkən qəfil ayının hücumuna məruz qalıb. Ovçunun itləri yırtıcını qorxutsa da, ayı kişiyə ciddi xəsarət yetirə bilib. Zədəsi səbəbindən yeriyə bilməyən ovçu bir neçə km məsafədə olan dostunun daxmasına sürünməyə məcbur olub. Ancaq dostu orada olmayıb. Onda Sergey belə bir məktub yazaraq oradan çıxıb:

"Sanya, mənə ayı hücum edib... Gəzə bilmirəm, dörd kilometr yolu səkkiz saata gedirəm. Tolyanı çağır, çıxarsın, yoxsa burada öləcəyəm. Hər gün daha da pisləşirəm".

Mətnin sonunda müəllif 31 oktyabr tarixi qoyub və yardımın pulunu iki barel benzinlə ödəyəcəyini vəd edib.

Sergeyin bu daxmada qalmayıb öz daxmasına getməsinin səbəbi isə burada odun və yemək olmaması, öz daxmasında isə hər şəraitin olması olub.


Sanya isə ancaq üç həftədən sonra qayıdıb. Masanın üzərində məktubu oxuyan ovçu dərhal polisə yollanıb. Daxili İşlər Nazirliyinin əməkdaşları çağırış yerinə gedib və zərərçəkmişi Boquçanı kəndindən 170 kilometr aralıda yerləşən daxmasında sağ-salamat aşkar ediblər.

Sergey xəstəxanaya çatdırılıb, onun həyatına heç bir təhlükə yoxdur.



Oxşar xəbərlər

Şəhidimizin ailəsinə yazdığı son məktub
Rusiyada ayı turistlərə hücum edib: Ölən və xəsarət alan var
Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölüb
14 səhifə məktub yazıb, ailəsini və özünü ÖLDÜRDÜ
“Laçın və Şuşaya çox yaxınıq, ermənilərin son çırpıntılarını görürük” - TƏHLİL
Yerevanda məktub qalmaqalı
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Yerə stadion böyüklükdə asteroid yaxınlaşır
Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Mingəçevirdə kişi özü körpüdən atıb
Azərbaycanda kişi keçmiş həyat yoldaşının qulağını kəsdi
Qızına təcavüz edən ata xəstəxanadan qaçdı: “Sizi öldürəcəm...“ - Dəhşətli HADİSƏ
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO
Bakıda işləmək adı ilə evdən çıxan kişi itkin düşdü
“Sata-sata gedirəm, indi də evimi satışa çıxarmışam...“ - Nadir Qafarzadə
Göyçayda dələduzluq: Cəllad 3 ay işlətdiyi naxırçının pulunu vermir
Bakıda FACİƏ: 59 yaşlı kişi bayram tonqalında yandı
Sergey Lavrov 8 ildən sonra Suriyada
20 ildən çoxdur ki, ağac yandırıb qızınırlar... - GİLEY
Rusiyanın səfiri öldü
Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
96 yaşlı kişi koronavirusa qalib gəldi - Türkiyədə
Arvadı boşanmaq istəyən kişi 13-cü mərtəbədən uşağını atacağı ilə hədələdi - FOTO/VİDEO
Azyaşlı 2200 dollar qarşılığında 55 yaşlı kişi ilə evləndirilir - Əfqanıstanda
Ermənilərin daha bir saxtakarlığı - Video
“Paşinyan erməniləri eşşək yerinə qoyub“ - Armen Aşotyan
Rusiyada qızıl mədəni uçub - Dağıntı altında qalan fəhlələr axtarılır
Ötən ay Azərbaycanda neçə nəfər intihar edib?