Rusiyalı sülhməramlılar Xankəndində demoqrafiyanı dəyişir
3-12-2021, 18:08
70

Rusiyalı sülhməramlılar Xankəndində demoqrafiyanı dəyişir

Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə doğuşların statistikasında ötən illə müqayisədə artım var.
 Bununla yanaşı, demoqrafiku situasiyada ciddi dəyişiklik var. Qarabağdakı ermənlərin sayı sürətlə azalmaqdadır.
44 Günlük Vətən Müharibəsindən əvvəl qarabağlı ermənilərin demoqrafik mənzərəsinə baxılanda onların 53 faizi şəhərlərdə və rayon mərkəzlərində, 47 faizi isə kəndlərdə yaşayırdılarsa, indi həmin nisbət 73/27-dir. Yəni Qarabağdakı ermənilərin 73 faizi indi şəhərlərdə və rayon mərkəzlərindədir. Daha dəqiq olsaq, onlar Xankəndi, Ağdərə və Əsgəranda məskunlaşıblar.
Ermənistanla yanaşı, Xankəndidəki separatçı rejim və xüsusilə də Rusiyanın sülhməramlı missiyasının rəhbərliyi Qarabağda rusiyalıların nəzarətindəki ərazilərdə yaşayan ermənilərin real saylarını açıqlamayaraq saxta statistika açıqlasalar da, gerçək situasiyanı aşkarlamaq çətin deyil.
Məsələn, Ermənistan Səhiyyə Nazirliyinin COVİD-19 koronavirusu ilə bağlı vəziyyət barədə bəyan etdiyi rəsmi rəqəmlərə nəzər salaq.
Nazirliyin son bəyanatına görə, Ermənistanda COVİD-19-a yoluxma ilə bağlı indiyədək 339578 fakt qeydə alınıb. Yəni Ermənistanda koronavirusa yoluxmuş vətəndaşların sayı bu qədərdir.
Qarabağda, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərlə bağlı isə Ermənistanın Səhiyyə Nazirliyi yoluxma sayının 3438 olduğunu bildirib.
Bu isə Ermənistandakı yoluxmaların təqribən 1 faizini təşkil edir.
Rəsmi İrəvanın açıqladığı statistikaya görə, hazırda Ermənistanda 2,96 milyon nəfər yaşayır. Bu əhalinin 1 faizi isə 29600 nəfər edir.

Qarabağda hazırda 5 min rusiyalı sülhməramlının da olduğunu nəzərə alsaq, rusiyalı hərbçilərin nəzarətindəki ərazilərdə yaşayanların sayı hazırda maksimum 30 min nəfərdir.
Qarabağdakı ermənilərin sayının 25 min nəfərdən artıq olmadığını görürük.
44 günlük Vətən Müharibəsindən əvvəl qarabağlı ermənilərin demoqrafik vəziyyətində artım vardı. Daha konkret olsaq, erməni mənbələrin iddialarına görə, Xankəndindəki separatçı rejimin kontrolundakı ərazilərdə hər il 1289 erməni doğulurdu.
2019-2021-ci illlərdə sözügedən təbii artım nəinki dayandı, hətta ciddi geriləmə başlandı: 2021-ci ilin ilk yarımilində qarabağlı ermənilər arasında doğuş sayı 440-a düşmüşdü.
İndisə 25 minlik qarabağlı erməni arasında doğuş sayı 113 nəfərdir ki, bu da ümumi statistik mənzərə baxımından şəksiz artım sayıla bilər.
Lakin detallar və təfərrüatlara nəzər salsaq, maraqlı mənzərə alınır.
Ötən ilin noyabrın 10-dan, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə 44 günlük müharibənin başa çatmasından sonra situasiya dəyişməyə başlayıb.
Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə iyul-avqust aylarında "demoqrafik sıçrayış", yəni doğuş saylarının artımı qeydə alınıb.

Erməni ekspertlərin, o cümlədən İrəvandakı Demoqrafiya Tədqiqatları Mərkəzinin mütəxəssislərinin fikrinc, bu, "sonradan formalaşan amil"lərlə bağlıdır.
Ermənilərin "utanaraq" belə ifadə ilə səciyyələndirdikləri "amil" isə Qarabağdakı sülhməramlılardır.
Ermənistanın Səhiyyə Nazirliyi də etiraf edib ki, hazırda Qarabağda erməni qadınların doğuşlarının say artımı "kənar amil"lərlə bağlıdır.
Xankəndindəki separatçı rejimin "Milli Statistika Xidməti" isə baş verənlərlə bağlı heç bir açıqlama verməyib, yerli "demoqrafiya"da sakinlərin mexaniki say artımı əvəzinə kənardan təsir nəticəsində müşahidə edilən və təsbitlənən artımını şərh etmir.
Digər fakt isə odur ki, hazırda Qarabağda doğuş edən qadınların 57,1 faizi Ermənistan Statistika Xidmətinin meyarlarına görə savadsız sayılır, çünki onların sadəcə, natamam ibtidai təhsili var.

Həmin erməni qadınların 82,1 faizi işsizdir.
Belə davam edərsə, onillər sonra hansısa İnnokenti Dormedontoviç Propovaykin "Nuh törəməsi"nin zahiri görünüşündə olmasının səbəblərini izah etməkdə çətinlik çəkəcək./milli

Oxşar xəbərlər

Ermənilər rusiyalı sülhməramlılara atəş açdılar: YARALILAR VAR
Xankəndi Bakıya tabe olmağa başlayır: ermənilər geri çəkildilər
Sülhməramlılar arasında kütləvi yoluxma: Erməni qadınlar özlərini satır
Xankəndiyə qanunsuz köç: Bakı hamısını geri qaytaracaq!
Ermənistanın yalanı ifşa olundu - 46 min erməni hara yoxa çıxıb?
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçir
Sülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib
Erməni qoşunları Xankəndindəki məktəb və bağçaları minalayıblar
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rusiya erməniləri hansı əsasla Qarabağa yerləşdirir? - Ekspert təkliflərini açıqladı
Rusiyalı sülhməramlıların daha 20 təyyarəsi İrəvana endi
Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA
Azərbaycanda bağlanan iş yerlərinin sayı - 20 min...
Bako Saakyanın mühafizəçisi Xankəndidəki evində ölü tapıldı
Ermənilərin 70 faizi Xankəndini tərk edib
Xankəndidə rus kilsəsi açıldı
Sülhməramlıların olduğu daha 2 təyyarə Qarabağa yola düşüb
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Qarabağdan 15 min erməni “itib”
Qarabağdakı rus sülhməramlılar təkrarən peyvənd olunur
Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO
Düşmən son xəbərdarlığı aldı: Ermənistan nəticə çıxarmazsa...
Ermənilərin kütləvi köçü sülhməramlıların da getməsinə səbəb olacaq
Demoqrafik göstəricidə kəskin fərq - oğlanlar qızları üstələdi
"Qarabağda rekord sayda erməni uşaq dünyaya gəlib" - Arayik Arutyunyan
Azərbaycanda “COVID-19”dan gündəlik ölüm sayı niyə bu qədər çoxdur?
Qarabağda dəyişiklik: Rusiya razılaşmanı pozdu
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Sülhməramlı qoşunlar ermənilərdəki silahları müsadirə edir
Paytaxtda ən yüksək yoluxma göstəricisi bu rayondadır