"ABŞ Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot elan etmək qərarına görə cavab verməli olacaq".
"Channel News Asia" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar səhv davranış xəttinin əvəzini ödəyəcək.
XİN sözçüsü qeyd edib ki, ABŞ-ın Pekində keçiriləcək Olimpiadaya rəsmi şəxsləri göndərməkdən imtina etməsi ilə bağlı Pekin qətiyyətli əks tədbirlər görəcək.
Eyni zamanda o, hansı tədbirlərin müzakirə olunduğunu açıqlamayıb və hadisələrin gedişatını izləməyə çağırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çində insan haqlarının pozulması bəhanəsi ilə ABŞ-a diplomatik boykot elan edilməsi, hətta Çin tərəfinin dəvətindən əvvəl, “uğursuzluğa məhkum” olan “siyasi sui-qəsd”dir.
"ABŞ idmanı siyasiləşdirməyə və Qış Olimpiya Oyunlarını söz və hərəkətlərlə baltalamağa son qoymalıdır, əks halda bu, bir sıra mühüm sahələrdə, beynəlxalq və regional məsələlərdə ikitərəfli dialoqa və əməkdaşlığa zərər verə bilər", - deyə Lician əlavə edib.
Xatırladaq ki, Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, prezident Co Bayden administrasiyası 2022-ci il Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr və ya digər rəsmi şəxslər göndərməyəcək.
Daha sonra Yeni Zelandiyanın idman naziri Qrant Robertson ölkəsinin Pekin Qış Olimpiya Oyunlarında nazirlər səviyyəsində təmsil olunmayacağını açıqlayıb.