Yeni Zelandiyada gələn ildən tətbiqi gözlənilən qanuna əsasən, 2008-ci ildən sonra doğulanlar üçün siqaret və tütün məmulatlarının istifadəsi qadağan ediləcək.
Qərar Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.
"Biz gənclərin heç vaxt siqaret çəkməyə başlamamasını təmin etmək istəyirik", -  deyə  nazir Ayesha Verall bildirib. 
Yeni Zelandiya 2025-ci ilə qədər ölkədə siqaret çəkmə nisbətini yüzdə 5-ə qədər azaltmağı və sonra tamamilə ləğv etməyi hədəfləyir.
Hazırda Yeni Zelandiyalıların təxminən 13 faizi siqaret çəkir. Təxminən 10 il əvvəl bu nisbət 18 faiz idi.