NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Sammitində iştirak etmək üçün Brüsseldə səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransı keçirib.
Konfransda Yens Stoltenberq Rusiyaya qarşı gərginliyi artırmamaq üçün Gürcüstanla razılaşdıqlarını bildirib. Həmçinin NATO-nun baş katibi  Qara dənizdə Rusiyanın sabitliyi pozan fəaliyyəti müzakirə etdiklərini  dilə gətirərək:
"Rusiyaya qarşı ayıq-sayıq qalmaq və gərginliyi artırmamaq üçün Gürcüstanla razılaşdıq. Amma hər hansı bir gərginlik Rusiya üçün baha-başa gələcək. Bunun həm iqtisadi, həm də siyasi nəticələri Rusiya  üçün yaxşı olmaya bilər", - deyə  ifadə  edib.