Koronavirusun “Omikron” ştamına yoluxanların sayı hər iki-üç gündən bir ikiqat artır".
Xarici KİV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro deyib.
O, yeni ştam üzündən yaxın zamanlarda ölüm hallarının artacağını söyləyib. ÜST-dən bildirilib ki, “Omikron” ştamının daha yüksək yoluxma xassəsi yaxın gələcəkdə səhiyyə sistemini böyük çətinliklərə düçar edəcək.