İranın Gilan əyalətində güclü meşə yanğınları qeydə alınıb. 
 "Mehr" agentliyi xəbər verir ki, dekabrın 18-dən bu günə kimi Gilan əyalətinin 7 şəhərinin ətrafındakı meşəlikdə yanğın baş verib.
Bildirilir ki, Siyahgöl, Cəvir, Rəşəkçi və digər bölgələrdə meşəlikdə yanğına səbəb isti külək olub. 50 hektardan artıq meşəlik yanıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.