AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ilin tutulma hadisələrinin vaxtını açıqlayıb.
Rəsədxanadan verilən məluamat görə, gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.
İlin ilk Günəş tutulması 30 aprel tarixində gerçəkləşəcək. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 30 aprel saat 22:45-də başlayacaq və 1 may saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.
İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə edilməyəcək.
İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.
Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 16-da baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq. Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu tam Ay tutulması hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə edilməyəcək.
İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu tutulma da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.
2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə edilməyəcək. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaq.
Gələn il Günəş və Ay tutulmalarının vaxtı açıqlandı
23
dekabr
01:12

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlin sonuncu Günəş tutulması başlayıb
Sabah ilin sonuncu Günəş tutulması olacaq
Bu gün ilin ilk Ay tutulması olacaq
İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
Sabah ilin son Ay tutulması olacaq
İlin sonuncu Ay tutulması başladı
Bu ilin ilk Ay tutulması olacaq - TARİX
İlin sonuncu Ay tutulması başa çatıb - YENİLƏNİB
Günəş tutulması başladı - Canlı yayım
Bu gün Azərbaycana qış fəsli DAXİL OLUR
Azərbaycanda fəsillərin daxil olması vaxtı bilindi
Azərbaycana yay gəldi
Sabahdan Azərbaycana payız fəsli daxil olur
Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Gələn ildən əmək haqqından tutulma bu qədər ARTACAQ
Bu gün payız Azərbaycana daxil olur
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi açıqlama
Maqnit qasırğası ilə bağlı - Xəbərdarlıq
Günəş fırtınası gözlənilir - bu gün
Azərbaycana bahar gəldi
Həftəsonları ictimai nəqliyyatla bağlı qadağanın müddəti UZADILDI
Son sutkada 456 mindən çox yoluxma hadisəsi qeydə alınıb
Azərbaycanda bu da oldu: şirkət özünü məhkəməyə verdi
Qarabağda doğan günəş soydaşlarımızı isidəcək - Meral Akşener
Günəş sistemində güclü partlayış OLDU
Bu gün Azərbaycan Qran-prisi başlayır
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək
Bu ölkədə sərt karantin rejimini qismən yumşaldır
Özünütəcrid rejimində insan üçün vacib olan vitamin açıqlandı
- Yaponiyada istilər can alır: 12 NƏFƏR HƏYATINI İTİRİB
- Həyətində narkotik yetişdirən şəxs tutuldu
- Ərdoğan rumıniyalı həmkarı ilə görüşdü
- Makron Putinlə görüşə hazır olduğunu bildirdi
- Lukaşenko Rusiyanı nüvə silahından istifadə etməyə çağırdı
- Dolların məzənnəsi sabit qaldı
- "NATO Ukraynaya tam dəstək verir" - Ərdoğan
- Oğlu İbrahim Tatlısəsin qəyyumluğunu tələb edir
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- Mağazanın damını söküb oğurluğa girdilər - Foto
- DAŞKƏSƏNDƏ SEL YENİDƏN TƏBİİ FƏLAKƏTƏ SƏBƏB OLUB
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - Xəbərdarlıq
- “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu