Daha bir serial reytinq qurbanı olub.
"Fox" telekanalında yayımlanan "El kızı" serialı final qərarı alıb.  Belə  ki, serial 13-cü bölümü ilə izləyicilərinə vida edəcək.
Buna səbəb izləyicilərin ssenaridə dəyişiklik edilməsi ilə bağlı istəkləri nəzərə alınmayan layihənin reytinq toplaya bilməməsi olub.
Qeyd edək ki, serialın baş rollarını Sevda Erginci, Perihan Savaş, İsmail Ege Şaşmaz paylaşır.