Çoxlarının sevimli filmi olan "Evdə tək"in baş qəhrəmanı "Kevın" - Makoley Kalkinin illər sonrakı fotosu yayılıb.
Fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki,  film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə bütün Amerikada nümayiş olunub.
Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peşi, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir.
476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək ən çox qazanc gətirən komediya filmi statusunu daşıyıb.