Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
9-10-2019, 10:00
10 270

Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a gələcək və burada Birləşmiş Ştatların Prezidenti Donald Trampla danışıqlar aparacaq.
Gundelik-Baki.com AZƏRTAC-a istinadən bildirir ki, Vaşinqton administrasiyasının rəhbəri bu barədə məlumatı "Twitter" sosial şəbəkəsində paylaşıb.
"Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də mənim qonağım qismində ABŞ-a gələcək", - deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti Türkiyə-Amerika münasibətlərinin vacibliyini vurğulayaraq Ankaranı Birləşmiş Ştatların ən iri ticarət tərəfdaşlarından biri adlandırıb.
"İnsanların çoxu Türkiyənin ABŞ-in əsas ticarət tərəfdaşlarından biri olduğunu unudurlar. Düzünü desək, onlar bizim F-35 qırıcı təyyarələrimizin füzelyajı üçün polad konstruksiyalar hazırlayır. Onlarla iş görmək də yaxşıdır - onlar Suriyanın İdlib əyalətində çox sayda həyatı xilas etməkdə mənə yardımçı oldular, həmçinin mənim xahişimlə uzun müddətə azadlıqdan məhrum olunmuş keşiş Endryu Bransonu sağ-salamat geri qaytardılar. Bundan başqa, yadda saxlayın - bu çox vacibdir - Türkiyə NATO alyansının etibarlı üzvlərindən biridir", - deyə prezident qeyd edib.
Donald Tramp, həmçinin Birləşmiş Ştatların sonu görünməyən müharibələrdən çıxmalı olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı noyabr ayında Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur” - Tramp
“Ərdoğan Vaşinqtonda qonağım olacaq” - Tramp
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Tramp: "Türkiyədən gözəl xəbərlər var"
Ərdoğan Tramp qədər sərt biri olduğunu göstərdi - Puşkov
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Ərdoğan bugun Bakıya gəlir
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
Ərdoğanla Tramp razılığa gəldi
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...
Ərdoğanın bu hərəkəti gündəm oldu
Tramp Ərdoğanın mesajını paylaşdı
Ərdoğan danışdı, onlar güldülər
Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
Tramp Türkiyəni sanksiyalarla hədələyib
Ərdoğan sərt və güclü bir liderdir
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Ərdoğanla Putin telefonla danışıb
Ərdoğanı ABŞ-da belə qarşıladılar
ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Trampın təhdidinə Ankaradan CAVAB