Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə telefonda regional prosesləri müzakirə ediblər.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı liderlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edib, ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Həmsöhbətlər iki ölkə arasında yüksək səviyyəli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.