İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.
Bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.
O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.
Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.
Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.