Böyük Britaniyanın Baş naziri Boris Consonun rəqs etdiyini əks etdirən videogörüntülər sosial şəbəkələrdə gündəmə çevirilib.
Xarici KİV xəbər verir ki, sözügedən görüntülərdə B.Conson London Assambleyasının keçmiş sədri Janet Arnoldla rəqsi əks olunub. Videonun gündəmə çevirilməsinin səbəbi isə Baş nazirin son zamanlar karantin qaydalarına əməl etməməsi ilə bağlı ölkədə yaranan qalmaqaldır.
Bəzi mənbələrdə isə həmin görüntülərin 2013-cü ildə çəkildiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Boris Consonun ofisi kraliça II Yelizavetadan əri, hersoq Filip Mauntbettenin dəfnindən bir gecə əvvəl keçirilən ziyafətə görə rəsmi üzr istəmişdi.