Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
Xarici KİV xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusu F-15 qırıcı bombardmançılar tərəfindən məhv edilib.
Hava zərbəsi nəticəsində 23 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir.