Finlandiyada koronavirusu 45 saniyə ərzində aşkarlayan cihaz icad olunub.

Ölkənin "Deep Sensing Algorithms" şirkətinin icad etdiyi test cihazı üçün artıq ümumavropa tibbi sertifikatı alınıb.

Bildirilib ki, insanın cihaza bir dəfə nəfəs verməsi kifayətdir və nəticə 45 saniyəyə məlum olur. Cihaz iki dəqiqə ərzində növbəti analiz üçün hazır olur.