“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar Massaçusets Texnologiya İnstitutunun (MIT) akademikinin onun haqqında dediyi fikirlərə münasibət bildirib.
O, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“MIT-də adını ilk dəfə eşitdiyim akademik Qarabağ əməliyyatı zamanı verdiyi müsahibədə “Səlcuq Bayraktarı yetişdirdiyimiz üçün utanırıq” deyib”. Utanmalı olduğunuz soyqırım və qətliamlardır. Biz torpaqlarımızı geri aldıq. Biz bununla ancaq fəxr edə bilərik” -, deyə Bayraktar bildirib.