“Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deskalasiyası, gərginliyin azaldılması, təhlükəsizliyin və sabitliyin artırılmasına yönəlmiş tədbirlər paketi hazırlayıb və Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təhvil verib”.
“Armenpress” xəbər verir ki, bu sözləri Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bu gün Ermənistan Milli Məclisdə “hökumət saatı”nda çıxışı zamanı deyib.
“İndi cavab gözləyirik. Təfərrüatları qeyd edə bilmərəm, hətta hesab edirəm ki, bunun mənası yoxdur. Yalnız deyə bilərəm ki, bunlar bizim əvvəllər səsləndirdiyimiz, hətta hökumətin, Baş nazirin daim səsləndirdiyi konsepsiyadan – qoşunların "güzgü prinsipi" ilə geri çəkilmələrindən əlavə bir sıra yeni təhlükəsizlik mexanizmlərinin də yaradılmasından irəli gəlir”, - deyə XİN rəhbəri vurğulayı.
O qeyd edib ki, onun qeyd etdiyi paket Təhlükəsizlik Şurasına təqdim olunub.