Ermənistanda sabiq müdafiə naziri David Tonoyan, indiki Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, silah taciri David Qalstyanın məhkəmə prosesi başlayıb.

"News.am” verdiyi xəbərə görə, İrəvan məhkəməsində başlayan prosesdə Müdafiə Nazirliyinin və Baş Qərargahın yüksək rütbəli zabitləri külli miqdarda mənimsəmədə (4,6 milyon dollar) və yararsız silah almaqda ittiham olunurlar.
David Tonoyan ona qarşı irəli sürülmüş ittihamlar üzər özünü təqsirli bilməyib.