Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib.
Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, Giorgi Narimanidze, Elquca Tsomaya, Zurab və Şalva Tsotsoriya 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıblar. Girov 1 ay ərzində ödənilməlidir.
Xatırladaq ki, saxlanılan 4 şəxs ağır cinayəti gizlətməkdə, E.Tsomaya həm də sərhədi qanunsuz keçməyə kömək göstərməkdə ittiham olunub.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidə 12 saylı həbsxanada saxlanılır/Report.