"Ermənistanla ikinci görüşdə etimadın yaradılması addımları müzakirə olunacaq".
Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə deyib.
O qeyd edib ki, ilk görüşdə prosesin başlaması ilə bağlı məqsədlər və gözləntilər müzakirə olunub.
"Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyəcək və növbəti iclasda etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”,- nazir bildirib.