Hindistanda ötən 24 saat ərzində koronavirusa 317,5 min nəfər yoluxub. Bu, indiyədək qeydə alınmış ən yüksək gündəlik yoluxmadır.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusdan 491 nəfər ölüb və ölənlərin ümumi sayı 487,6 minə çatıb.

Bundan əlavə, ötən gün ərzində 223,9 min koronavirus xəstəsi sağalıb. Hazırda aktiv xəstələrin sayı 1,92 milyondur.