Moskvada 2 erməni həlak oldu.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub.
“Moskvada “Prezident” otelinin lifti 7-ci mərtəbədən aşağı düşüb və nəticədə iki nəfər ölüb.
Versiyalardan birinə görə, hadisə fəhlələr liftdə təmir işləri apararkən baş verib.
Qəza nəticəsində həmin an lift vaqonunda olan Ermənistan vətəndaşları dünyasını dəyişib. İlkin məlumatlara görə, 32 yaşlı Hayk Qazaryan və 31 yaşlı Artak Bezoyan liftin  7-ci mərtəbədən zirzəmiyə düşməsi nəticəsində həlak olub”, - deyə açıqlamada qeyd olunur.