Rusiyanın Ukrayna sərhədi yaxınlığında əlavə qoşun və hərbi texnika yerləşdirib müharibəyə hazırlaşması yeni yayımlanan peyk görüntüləri zamanı üzə çıxıb. 
Bu barədə ABŞ-da yerləşən "Maxar Technologies" şirkəti bu yaxınlarda əlavə qoşun və qüvvələrin yerləşdirildiyi əsas yerləri peyk vasitəsi ilə yayımlayıb. 
Bildirilib ki, görüntülər yanvarın 19-na aiddir. 
Peyk görüntülərində Ukrayna sərhədindən təxminən 330 km aralıda yerləşən Voronej bazasında döyüş qrupunun Rusiyanın Belarusla sərhədindən 125 km aralıda, Yelnyada yığılmış tank artilleriyası və yardımçı texnikasının olduğu aydın olub. Digər görüntülərdə isə Belarus sərhədindən cəmi 30 km və Rusiyanın Ukrayna ilə sərhədindən 50 km məsafədə yerləşən iki bazada, Klintski və Klimovoda toplanmış hərbi texnika göstərilir.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanı işğal edəcəyini düşündüyünü, lakin belə bir vəziyyətdə Rusiyanın ağır bədəl ödəyəcəyini və ciddi sanksiyalarla üzləşəcəyini bildirib.
  • Rusiyanın Ukrayna ilə sərhəddə yığdığı ağır texnikalar üzə çıxdı- FOTOLAR