Ölkədə baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır.
 Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
"Varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı", - Tokayev bildirib.
Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.