Solomon adalarında pandemiya müddətində ilk dəfə olaraq koronavirus infeksiyasının yayılması qeydə alınıb.

Son 24 saat ərzində koronavirus infeksiyasına 48 yoluxma faktı aşkarlanıb.

Ölkənin Baş nazir Manasse Soqavare mətbuat konfransında ölkənin paytaxtı Honiaradakı ən böyük xəstəxananın 56 çarpayısından 50-nin dolu olduğunu bildirib.

"İnfeksiyaların sayı artarsa, biz insanları müalicə üçün yerləşdirə bilməyəcəyik”, - deyə hökumət başçısı etiraf edib.

Yanvarın 20-də Solomon Adalarının səlahiyyətliləri ilk koronavirus infeksiyası halını aşkar etdikdən sonra paytaxt Honiaranı şənbə günü saat 6:00-a qədər sərt karantinə bağlayıblar. Qərar Mikroneziyadan ölkəyə gələn altı nəfərin koronavirusa yoluxmasından sonra qəbul edilib. Rəsmi qurumların tələbi ilə paytaxt və ətraf qəsəbələrin sakinləri karantin müddəti başa çatana qədər evdə qalmalı, yalnız ekstremal hallarda oranı tərk etməlidirlər.

İndiyə qədər Solomon adaları koronavirusdan azad bir dövlət hesab olunurdu. Epidemiya başlayandan ölkədə 20 yoluxma halı qeydə alınıb, yoluxanların hamısı sağalıb. Ölümlə nəticələnən vəziyyət olmayıb. Ştatın əhalisi təxminən 705 min nəfərdir.