ABŞ-da Sahil Mühafizəsi Xidməti Florida sahillərindən təxminən 70 kilometr aralıda batan qayığın göyərtəsində olduğu güman edilən 38 nəfərin axtarışına başlayıb.
Qayığın batması barədə ilk məlumatı hadisə nəticəsində sağ qalmağı bacarmış şəxs verib.
Belə ki, o, başqa bir şəxs tərəfindən xilas ediləndən sonra hüquq-mühafizə orqanlarına verdiyi açıqlamada bildirib ki, 38 nəfərlə birlikdə ötən şənbə günü gəmi ilə Baham adalarından səyahətə başlayıblar.
Bir müddət sonra onların qayığı fırtına nəticəsində batıb.
Axtarışlara çox sayda qayıq və təyyarə cəlb edilib.
Mənbə: ABŞ Sahil Mühafizəsi Xidmətinin rəsmi "Twitter” səhifəsi