Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.
O, bununla bağlı "Twitter" hesabında ölkəsi ilə Rusiya arasında yaşanan gərginliklə bağlı paylaşım edib.
Diplomatiyanın yeganə etibarlı yol olduğunu vurğulayan Kuleba, "Rusiya hakimiyyəti müharibə istəməməkdə ciddidirsə, Rusiya diplomatik fəaliyyətini davam etdirməli və hərbi qüvvələrini Ukrayna sərhədlərindən və müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərindən çıxarmalıdır", - deyə  ifadə  edib. 
Kuleba həmçinin İngiltərəyə Rusiyanı çəkindirmək üçün qlobal səylərə rəhbərlik etdiyinə görə təşəkkür edib.