Çexiyanın məşhur "Skoda” avtomobil konserninin anbarlarında güclü yanğın baş verib.
Alov bir neçə dəqiqə ərzində nəhəng ərazini bürüyüb.
Gecə saatlarından başlayan yanğını yalnız səhər saatlarına yaxın lokallaşdırmaq mümkün olub.
İlkin məlumata əsasən, hadisə nəticəsində "Skoda” istehsalı olan milyonlarla avtomobil hissəsi yanaraq məhv olub.
İlkin hesablamalara görə, "Skoda”ya dəyən ziyan təxminən 50 milyon dollar dəyərindədir.