Sankt-Peterburq şəhərinin Komendantski prospektində bədbəxt hadisə baş verib. 

lent.az xəbər verir ki,  60 yaşlı kişi 10-cu mərtəbədən küçədən keçən məktəbli qızın üstünə yıxılıb. 

Hadisə zamanı kişi yerindəcə dünyasını dəyişib. Xəsarət alan məktəbli qız isə xəstəxanaya çatdırılıb. 

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.