"Azərbaycanın dövlət qurumları Türkiyənin “Akınсı” pilotsuz uçuş aparatları ilə maraqlanır. “Baykar" olaraq Azərbaycanda bu texnologiyanı inkişaf etdirmək üçün təşəbbüs həyata keçirmək istəyirik".
 AzTV xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
Onun sözlərinə görə, sözügedən maraq bu texnogiyanın həm inkişaf etdirilməsi, həm də istehsalı ilə bağlıdır: “İnşallah Azərbaycanda da belə bir təşəbbüs həyata keçirmək istəyirik. Təşəbbüslərə dəstək verəcək strukturu qurmaq istəyirik”, - deyə o qeyd edib.