Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar çərçivəsində Almaniya səlahiyyətliləri özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus 600 milyon dollarlıq yaxtasını müsadirə  edib. 
Hamburq əyalətinin səlahiyyətliləri Usmanovun Hamburq limanında 156 metrlik yaxtasını ələ keçirib. 
Ümumi tonajda dünyanın ən böyük motorlu yaxtası sayılan yaxta 2021-ci ilin oktyabr ayından Almaniyanın gəmiqayırma və mühəndislik şirkəti "Blohm Voss"un tərsanəsindədir.
Bildirilir ki,  Usmanovun “Dilbar” yaxtasını 2016-cı ildə Almaniyanın lüks yaxta istehsalçısı Lürssendən 600 milyon dollara alıb. 
Yaxtanın 65 kabinəsi var. 40 sərnişin və 80 ekipaj üzvünü qəbul edə bilir. Böyük hovuzdan başqa, yaxtada iki helikopter meydançası və sauna da var.
  • Rusiyalı milyarderin bahalı yaxtasımüsadirə edildi - FOTO