Avropa İttifaqı (Aİ) Rusiya banklarının daha bir hissəsini qlobal banklararası sistemdən (SWIFT) ayırmaq imkanlarını araşdırır.
Xarici KİV xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Martın 2-də Avropa İttifaqı Rusiyanın yeddi bankını beynəlxalq sistemdən ayırıb. Bloklama sanksiyaları VTB, "Sovcombank", "Novikombank", "Otkritie Bank", "Promsvyazbank" və "Rossiya Bankı"na qarşı tətbiq edilib. Aİ-də bu banklara SWIFT xidmətlərinin göstərilməsi martın 12-dən qadağan edilib. Bu bankların buraxılmış kartları Rusiyada işləməyə davam edəcək, lakin onların beynəlxalq ödəniş sistemlərinin kartları ilə xaricdə ödəniş etmək mümkün deyil.
SWIFT xüsusi şəbəkə vasitəsilə köçürmələr, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumat mübadiləsi sistemidir. Qlobal səviyyədə geniş tətbiqinə, çevikliyinə və rahatlığına görə ona giriş vacibdir.