Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında "görüşün mümkünlüyünə ümid etdiyini" bəyan edib.
Bu barədə o, Ankarada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlarından sonra verdiyi açıqlamada deyib. 
Danışıqlar zamanı Kuleba Lavrovla digər məsələlərlə yanaşı, Zelenskinin Putinlə görüşünün mümkünlüyünü də ətraflı müzakirə edib.