Ukrayna Prezidenti Vladimir Zelenski Kanada parlamentində çıxış edəcək.
"Ukrinform" xəbər verir ki, Zelenskinin müraciəti martın 15-i Ottava vaxtı ilə saat 11:15-ə (Bakı vaxtı ilə 20:15) planlaşdırılıb.
Zelenskinin müraciətindən əvvəl Kanadanın Baş naziri Castin Trüdo giriş sözü ilə çıxış edəcək.
Ukrayna prezidentinin çıxışından sonra parlamentin tribunasından hər iki palatanın spikerləri, eləcə də bütün partiyaların liderləri çıxış edəcəklər.
Xatırladaq ki, Vladimir Zelenskini Kanada parlamentində çıxış etmək üçün Castin Trüdo şəxsən dəvət edib.