Rusiya hökuməti 2022-ci ilin sonuna qədər Rusiya Federasiyasından ixracı qadağan edilən idxal mallarının siyahısını açıqlayıb.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Siyahı Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə tərtib edilib.
Siyahıya texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı maşınları, elektrik avadanlıqları, dəmir yolu vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, pult və panellər daxil olmaqla, ümumilikdə 200-dən çox adda məhsul daxildir.
Hökümətin mətbuat xidməti əlavə edib ki, belə bir tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün lazımdır.
Sadalanan malların Avrasiya İqtisadi İttifaqı (Aİİ), Abxaziya və Cənubi Osetiya ölkələri istisna olmaqla, Rusiyadan digər ölkələrə ixracı müvəqqəti qadağandır. Bu ölkələrə malların ixracına icazə Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Təbii Sərvətlər Nazirliyi tərəfindən veriləcək.
Hökumət, həmçinin, Rusiyadan bəzi ağac növlərinin dost olmayan ölkələrə ixracını müvəqqəti məhdudlaşdırıb. Bu tədbir də 2022-ci ilin sonuna qədər qüvvədə olacaq.
Martın 7-də Rusiya hökuməti Ukraynadakı hərbi əməliyyatla bağlı Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq “dost olmayan ölkələr” siyahısını təsdiqləyib. Siyahıya Aİ-yə üzv dövlətlər, o cümlədən Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya (Cersi, Anguilla, Britaniya Virginiya adaları və Cəbəllütariq daxil olmaqla), İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San -Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya daxildir.
Xatırladaq ki, Vladimir Putin ilin sonuna kimi Rusiyadan ixraca və bəzi məhsulların və xammalın idxalına qadağa qoyulmasını tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək. Prezidentin fərmanına əsasən, məhdudiyyətlər Rusiya vətəndaşlarının, əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin şəxsi ehtiyacları üçün ölkədən idxal və ya ölkədən çıxaracaqları mal və xammala təsir etməyəcək.
Bundan əvvəl Sənaye və Ticarət Nazirliyi də Rusiya istehsalçılarına ixrac üçün gübrələrin daşınmasını dayandırmağı tövsiyə edib. (yenisabah)
Putin bu məhsulların ixracına qadağa qoydu, bu ölkələr isə istisnadır - SİYAHI
11
mart
11:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu iki məhsul BAHALAŞACAQ
Putin geniş mətbuat konfransı keçirəcək - Vaxt açıqlandı
Putin qonşu ölkələrə çağırış etdi: “Bizimlə əməkdaşlıq etmək istəməyənlər...”
Rusiyaya dost olmayan ölkələrin siyahısı hazırlanır
Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr məlum oldu - SİYAHI
Daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
Rusiya İran məhsullarının idxalına qadağa qoydu
Putin: "Rusiya təbii qaz ixracını davam etdirəcək"
Putin illik böyük mətbuat konfransı keçirir
Putin bir gündə beş naziri istefaya göndərdi
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Kəlbəcərə 185 ton humanitar yük çatdırıldı
Un yenə BAHALAŞACAQ – Bu tarixdən...
Putin dost olmayan ölkələrin siyahısını hazırlamağı tapşırdı
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Putin-Paşinyan görüşünün gündəliyi açıqlandı
Rusiya dost olmayan ölkələrin adını AÇIQLADI
Azərbaycan Rusiya ilə danışıqlara başlayır - pomidor ixracı bərpa olunur
İlham Əliyev Putinə zəng etdi
Putin Merkellə Belarusu müzakirə etdi
Putin və Lukaşenko danışıqlara başlayıb - YENİLƏNİB
Daha 8 müəssisədən Rusiyaya alma ixracına icazə verilib
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir
İlham Əliyevlə Putin arasında təkbətək görüş başladı
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
Putinin yeni il arzusu
Kəlbəcərə növbəti humanitar yardım çatdırıldı
- Ötən il Azərbaycanda 75 partlayış olub
- "Nəvəm atasının ölümünü bilmir" - Nazpəri Dostəliyeva
- ABŞ-da polis hər il yüzlərlə insan öldürür – Son 8 ilin dəhşətli statistikası
- Mina qurbanlarının sayı açıqlandı
- Mingəçevir universitetində nələr baş verir..? - Hicabla dərsə gəlmək olmaz, amma rüşvət almaq olar...
- Ərdoğan sevimli seriallarını AÇIQLADI
- 48 dərman vasitəsinin qiyməti təsdiqləndi
- “Prezident İlham Əliyevin Macarıstan səfərinin ortaya çıxardığı gerçəklik budur” - Deputat Elman Nəsirov
- Rasim Məmmədova hökm oxundu
- Azərbaycanda yeni doğulan uşaq 4 saat YAŞADI
- Peyvənd olunanların sayı açıqlandı
- Dima Bilandan Nigarla bağlı paylaşım
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Herrinin konsertdə şalvarı cırıldı
- Anasının öldüyü gün qızı dünyaya gəlib