Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Rusiyanın Ukraynaya hücumuna görə Qərb dövlətlərinin sanksiyalar tətbiq etdiyi onlarla rus “oliqarx”ının sərvətinin ən azı 118 milyard dollar səviyyəsində olduğu təxmin edilir.
ABŞ, Aİ və İngiltərənin sanksiya tətbiq etdiyi rusiyalı oliqarxlar əsasən enerji, polad, kimya, bank və aviasiya sektorlarına investisiyaları ilə tanınırlar. Sanksiyaya məruz qalan adlar arasında Rusiyanın ən zəngin iş adamlarından olan Aleksey Mordaşov, Gennadi Timçenko və Roman Abramoviç də var.
Onlardan bir neçəsinin sərvətini təqdim edirik:
Qərb ölkələrinin sanksiya tətbiq etdiyi adlar arasında İngiltərənin "Chelsea FC" futbol komandası və Evraz şirkətlərinin də sahibi olan rus oliqarx Roman Abramoviç "Forbes" jurnalına görə təxminən 13 milyard dollarlıq sərvəti ilə diqqət çəkir. Sərvətini əsasən dəmir-polad sektorundakı investisiyalardan əldə edən Abramoviç 2018-ci ildə Böyük Britaniyanın “investisiya vizası” verməməsindən sonra İsrail vətəndaşlığını alıb.
Sanksiya siyahısında olan və təxmini xalis sərvəti 2,6 milyard dollar olan Oleq Deripaska əsasən alüminium və enerji sektorlarına investisiyaları ilə tanınır.
Təxminən 16,6 milyard dollarlıq sərvətə sahib olan Əlişer Usmanov həm futbol və texnologiya sahəsindəki sərmayələri, həm də dəmir-polad sektoruna yatırımları ilə tanınır.
29,1 milyard dollar təxmin edilən sərvəti ilə Rusiyanın ən zəngin iş adamlarından biri olan Aleksey Mordaşov gəlirinin əhəmiyyətli hissəsini polad sənayesindən qazanır.
Rusiya kömür və gübrə sənayesinin görkəmli adı Andrey Melniçenkonun sərvəti 16 milyard dollardır.
Siyahıda Putinin uşaqlıq dostları da var
Enerji, nəqliyyat və tikinti sektorlarına qoyduğu sərmayələrlə təxminən 11,3 milyard dollar sərvəti olan Gennadi Timçenko Putinin Sankt-Peterburqdan tanış olduğu yaxın dost kimi tanınır.
Putinin uşaqlıq dostlarından biri kimi tanınan və Rusiyanın ən böyük boru kəməri tikinti şirkətinin sahibi olan Arkadi Rotenberqin oğlu İqor Rotenberq sanksiyaya məruz qalan digər ad kimi diqqəti çəkir. İqor Rotenberq 2014-cü ildə atası Arkadi Rotenberq ABŞ-ın sanksiyalar siyahısına salınanda atasının bəzi şirkətlərinin səhmlərini alıb.
Sanksiyaya məruz qalan digər şəxs Arkadi Rotenberqin qardaşı və Putinin uşaqlıq dostu Boris Rotenberq 1,2 milyard dollarlıq sərvəti ilə xüsusilə bank sahəsində müxtəlif fəaliyyətlərlə məşğuldur.
Rusiyada bank sektorunun aparıcı adlarından olan Mixail Fridman 12,3 milyard dollar, eyni sektordan Petr Aven isə təxminən 4,5 milyard dollar sərvətlə sanksiyaya məruz qalan oliqarxlar arasındadır.
Sanksiyaya məruz qalanlar arasında 1,4 milyard dollar sərvəti ilə Rusiyanın ən gənc milyarderi kimi tanınan Kiril Şamalov da var. Şamalov Putinin yaxın dostu Nikolay Şamalovun oğludur.
Qərb ölkələrinin sanksiyalarına oliqarxlarla yanaşı, Rusiyada mühüm vəzifələrdə olan tənqidi şəxslər də daxildir.
Sanksiya siyahısına Putinlə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Kremlin sözçüsü Dmitri Peskov da daxil edilib.
Ölkənin ən böyük neft şirkəti olan “Rosneft”in prezidenti İqor Seçin və dünyanın ən böyük təbii qaz şirkətlərindən biri olan “Qazprom”un prezidenti Aleksey Miller, Rusiyanın “Transneft” ictimai şirkətinin prezidenti Nikolay Tokarev və Rusiya dövlət müdafiə sənayesinin prezidenti Sergey Çemezov Rosteft şirkəti də sanksiyaya məruz qalıb.
Qeyd edək ki, sanksiyaya məruz qalan adların sərvəti ən azı 118 milyard dollardır.
Sanksiyaların hədəfi olan rusiyalı oliqarxların sərvəti 118 milyarddır - SİYAHI
15
mart
13:28

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Abramoviç Londondakı mülkünü satır
Rusiyalı oliqarxın 530 milyonluq yaxtası müsadirə edildi - FOTOLAR
Rus milyarder Abramoviç tanınmaz HALDA - FOTOLAR
Rus milyarder “Çelsi”ni satır - Gəlir ukraynalılara xərclənəcək
Britaniya 7 rus oliqarxa sanksiya tətbiq etdi
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Ukraynaya dəstək olan rusiyalı oliqarx evində ÖLÜ TAPILDI
Asiyanın ən zəngin adamı bəlli oldu
İlon Maskın sərvətinin dəyəri açıqlandı
Rusiyalı aparıcı Solovyov və oliqarx Usmanovun villaları müsadirə edildi – İTALİYADA (ÖZƏL)
Rus oliqarxların var-dövləti əldən çıxır
Zukerberq ilk onluqdan kənarda qaldı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Putinin saxladığı qızıl və valyutanın miqdarı açıqlandı - 600 milyard...
Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək
Rusiyanın ən zəngin varisi AZƏRBAYCANLIDIR
BP ən çox zərər görən şirkətlər sırasında - 20,3 milyard dollar
Peskovun ailəsi cəzalandırıldı
"Bank of Baku" Rusiyaya qarşı embarqoların EPİSENTRİNDƏ - DETALLAR
Bakıda doğulan afrikalı milyarderin ABŞ-a girişi yasaqlandı
Dünyanın ən zəngin insanının sərvəti 200 mlrd dollara çatıb
Yaponiya Peskov və Kadırova sanksiya tətbiq etdi
Putin lüks yaxtasını gizli saxlayır? - FOTO
“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib
“ExxonMobil” 22,4 milyard zərərlə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti oldu
İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub
İllər sonra üzə çıxdı: Kürəkəni Putininin adından istifadə edərək...
Blinken Rusiyaya xəbərdarlıq edib
Rusiyalı oliqarx ağlayaraq ukraynalılardan üzr istədi – VİDEO
Rusiyalı milyarderin bahalı yaxtası müsadirə edildi - FOTO
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ