Avropa İttifaqı Rusiyaya görə, Çinə xəbərdarlıq edib.
TASS xəbər verir ki, Aİ Çinin atdığı bütün addımları izləmək və Rusiyaya yardım göstərilməsinə mane olmaq niyyətindədir. Bu sözləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-Çin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Sanksiyalardan yan keçmək və ya Rusiyaya yardım göstərmək üçün istənilən cəhd müharibənin müddətini uzadacaq. Biz Rusiyaya maliyyə və ya hərbi cəhətdən kömək etmək cəhdini diqqətlə izləyəcəyik", - deyə o bildirib.