Rusiyalı oliqarx Mixail Xodorkovski Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Baltikyanı ölkələr olacağını açıqlayıb.
Estoniya, Latviya və Litvanın işğal oluna biləcəyini iddia edən Xodorkovski rus oliqarxlarını “Putinə qarşı birləşməyə” çağırıb.
“Putinin beynindəki müharibə əslində Ukrayna ilə deyil, ABŞ və NATO ilədir" -  deyə o, etirazını bildirib. 
O, Putinin Ukraynanın işğala qarşı müqavimətinə görə dəli olduğunu bildirib və hücumların daha da arta biləcəyindən narahatlığını ifadə  edib.  
Qeyd edək ki, Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər Rusiyanın ən varlı adamı sayılırdı. Siyasi səbəblərə görə Putindən ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir. 

'Putin dəli oldu' Sürgündəki rus oliqarxından çıxış... Moskvanın yeni hədəfini açıqladı!