Britaniya Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun qızlarına sanksiyalar tətbiq edib.

Yeni sanksialara əsasən, Britaniya Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonova, Xarici İşlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovaya səyahət qadağaları qoyub. Sanksiyalara əsasən, onların Britaniyadakı aktivləri dondurulacaq.
Xarici işlər naziri Liz Tras bu sanksiyalar paketinin Rusiya elitasını və onların ailələrini hədəf aldığını deyib. O bildirib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatını Sovet İttifaqının süqutundan bəri görülməyən miqyasda deqradasiya edir.

Xatırladaq ki, Böyük Britaniya martın 25-də Sergey Lavrovun ögey qızı Polina Kovalevaya da sanksiya tətbiq etmişdi.