Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya lideri Putin və onun 36 yaşlı qızı Mariya Vorontsova ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
Xarici KİV xəbər verir  ki,  iddialara görə, Rusiya prezidenti Putin Vorontsovanın dəniz tətilinə getməsini qadağan edib. Belə ki, hollandiyalı iş adamı Jorrit Faassendən boşanmağa qərar verən Vorontsova 33 yaşlı yeni sevgilisi Yevgeni Naqorni ilə hər hansı "dost" ölkərindən birinə tətilə getməyi planlaşdırırmış.  
Sosial mediada paylaşılan xəbərlərdə “Putin bu tətilin qarşısını almaqla yanaşı, Mariyanın təhlükəsizliyini də artırı. Məlumata görə, Putinin böyük qızı ölkəni tərk etdikdən sonra Rusiyaya qayıtmağı planlaşdırırmış",  - deyə  qeyd olunub.  
Bildirək ki,  bundan əvvəl bəzi Avropa ölkələri Putin və  onun ailəsinə sanksiya  tətbiq edib. 
Mariya  Vorontsova hazırda Rusiya Səhiyyə Nazirliyi yanında Milli Endokrinologiya Tibbi Tədqiqat Mərkəzində işləyir.