Ötən il Əfqanıstanda nəzarəti ələ keçirən Taliban ölkədə video paylaşma platforması "TikTok” və "PUBG” video oyununu qadağan etmək qərarına gəlib.

Taliban video paylaşma platforması "TikTok” və "PlayerUnknown's Battlegrounds” (PUBG) video oyununu Əfqanıstanda "əfqan gənclərini yoldan çıxartdıqlarını" əsas gətirərək qadağan edib.