"Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində aqressiv ambisiyalarını həyata keçirə bilməyib".
Bu barədə Bayden "Twitter" hesabında yazıb.
"Putin döyüş meydanında böyük ambisiyalarını həyata keçirə bilmədi. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qalır və cəsur Ukrayna vətəndaşlarının birləşdiyi Ukrayna silahlı qüvvələri Rusiyanın Ukraynanı işğal etməsinə mane oldu", - deyə Bayden qeyd edib.