Pakistanda havanın temperaturu 46 dərəcə Selsini keçib.

"TRT Haber” xəbər verir ki, bu göstərici mövsüm üçün anomal sayılır.

Məlumata görə, havanın temperaturu Pakistanın bir çox bölgəsində 6-8 dərəcə arasında artıb. Navabşahda 46,4, Sibidə 46, Bahavalpurda 43, paytaxt İslamabadda 38, Lahorda isə 41 dərəcə isti olub.

Bildirilib ki, Pakistan tarixində son illərdə havanın ən yüksək temperaturu 2017-ci il mayın 28-də Bəlucistan əyalətinin Türbət şəhərində 53,5 dərəcə qeydə alınıb.