Almaniya da Ukraynaya silah göndərəcək.
Bundestag.de xəbər verir ki, Almaniya parlamenti nəhayət ki, Ukraynaya ağır silah tədarük edilməsi barədə qərar qəbul edib.
Səsvermədə Bundestaqın 736 millət vəkilindən 586-sı qərarın lehinə, 100 millət vəkili isə əleyhinə səs verib. 7 millət vəkili bitərəfliyini nümayiş etdirsə də, 43 deputat səsvermədə iştirak etməyib.